Baş nazir: "Ölkədə 350 min yeni iş yeri açılıb"

      Baş nazir:    "Ölkədə 350 min yeni iş yeri açılıb"
  15 Mart 2024    Oxunub:721
"Azərbaycanda son dövrlərdə 350 min yeni iş yeri açılıb".
AzVision.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı müzakirələrdən sonra deyib.

Baş nazir diqqətə çatdırıb ki, 2024-cü ilin ilk iki ayında 23 min yeni iş yeri, 2023-cü ildə isə 65 min yeni iş yeri açılıb. O deyib ki, 23 min iş yeri özəl sektora aiddir.

AzVision.az


Teqlər: Baş-nazir   Milli-Məclis  





Xəbər lenti