Fuad Nəcəfli kollektivlərə fəaliyyətlərində uğurlar arzulayıb, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Sonra binada yaradılan şəraitlə tanışlıq olub.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini icra edən Xanlar Mustafayev əvvəlcə inzibati binanın tikinti layihəsini təqdim edib, bina barədə qısa məlumat verib. Qeyd edilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada iş otaqları, laboratoriya, iclas zalı, anbarlar yerləşir. Burada yaradılan şərait muxtar respublikada hidrometeorologiya, meteorologiya, aqrometeorologiya, hidrologiya, məlumatların toplanması, təhlili, hazırlanması, saxlanılması və ötürülməsi işini də asanlaşdıracaq.
Sonda mövcud və yeni alınmış nəqliyyat vasitələri, anbar və avadanlıqlara baxış keçirilib.
AzVision.az