Kamran Əliyev Suraxanıda vətəndaşlarla görüşüb
Martın 15-də Baş prokuror Kamran Əliyev Suraxanı Rayon Prokurorluğunun inzibati binasında Bakı şəhərinin Suraxanı və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.
AzVision.az
Teqlər: Baş-prokurorluq qəbul görüş