Bakı Dəmiryol Vağzalına avtomobillə gələn sərnişinlərin nəzərinə!
Ərazidə avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsi sərnişinlərin minik avtomobili ilə rahat qarşılanması və ya yola salınmasına imkan verəcək.
Xatırladaq ki, Nəqliyyatı Əlaqələndirmə Şurasının “28 May” metro stansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərarına uyğun olaraq göstərilən ərazilərdəki parklanma yerlərinin fəaliyyəti dayandırılıb.
AzVision.az
Teqlər: nəqliyyat dəmiryolu parkinq