İsveç səfirimiz COP29-la bağlı müzakirələr aparıb

   İsveç səfirimiz COP29-la bağlı müzakirələr aparıb
  15 Mart 2024    Oxunub:772
Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov İsveç Parlamentinin Ətraf mühit və kənd təsərrüfatı komitəsinin sədri, xarici əlaqələr komitəsinin üzvü Emma Nohren ilə Riksdaqda görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələrdə əsas diqqət cari ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a hazırlıq məsələlərinə yönəldilib, bu mötəbər beynəlxalq tədbirlə bağlı iki ölkə arasında mümkün qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçirilib.

AzVision.az


Teqlər: Azərbaycan   İsveç   COP29  





Xəbər lenti