Biləsuvarda Vətən müharibəsi ilə bağlı kitab təqdim edilib
Sonra kitabın baş redaktoru Nəzakət Məmmədova kitabın yazılması tarixindən və orada yer alan igid və qəhrəman Azərbaycan oğullarından danışıb. O, bildirib ki, kitabın I cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə ümumilikdə 2 minə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb ki, bu şəhidlərin də 43 nəfəri biləsuvarlı igidlərdir.
Təqdimat mərasimində digər çıxış edənlər Vətən müharibəsində qazanılan Qələbədə canını fəda edən şəhidlərimizin qəhrəmanlıqlarından söz açaraq kitabın hazırlanmasında zəhməti olan hər kəsə minnətdarlıq ediblər.
Sonda şəhid ailələrinə “44 gün – Tarixi zəfər” kitabı hədiyyə olunub.
AzVision.az
Teqlər: Vətən-müharibəsi kitab təqdimat Biləsuvar