Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Qanunsuz balıq ovlayan şəxs saxlanılıb
  16 Mart 2024    Oxunub:776
Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Baş Mil-Muğan kanalında qanunsuz balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini A.Mansurov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balığı aşkar edilib.

Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: cinayət  





Xəbər lenti