XI Qlobal Bakı Forumu yekunlaşıb

   XI Qlobal Bakı Forumu yekunlaşıb
  16 Mart 2024    Oxunub:1253
Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu başa çatıb.
AzVision.az xəbər verir ki, üçgünlük forum çərçivəsində bir sıra panel müzakirəsi təşkil edilib.

Panelin bugünkü sonuncu günündə “Regional perspektivlər: Avropa Birliyi və qonşuları”, “Qlobal çağırışlara davamlılığın artırılması: bərabərsizlik, resurs çatışmazlığı və miqrasiya ilə mübarizə”, “Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması”, “Gənclər danışır, biz dinləyirik” adlı müzakirələr baş tutub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumunda 400-ə yaxın dünyaca məşhur siyasi xadimlər, eləcə də keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edib.

AzVision.az


Teqlər: Bakı   Qlobal-Forum  





Xəbər lenti