Qobustanda qumbara və odlu silahlar aşkar edildi

   Qobustanda qumbara və odlu silahlar aşkar edildi
  17 Mart 2024    Oxunub:586
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 3 ədəd qumbara, 1 ədəd tapança, 40 ədəd avtomat patronu, eləcə də 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakini müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

AzVision.az


Teqlər:





Xəbər lenti