Sumqayıtda müayinəyə gələn pasiyent növbədə ölüb
Bildirilib ki, 16 mart 2024-cü il tarixində 1961-ci il təvəllüdlü Sara Nəcəfova Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli xəstəxanada nevroloq və qastereontoloq müayinəsindən keçib, MRT müayinəsi üçün göndəriş verilib.
Tibb müəssisəsində saat 18:15 radələrində S.Nəcəfovanın halı qəfil pisləşib. İlkin təxirəsalınmaz tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
S.Nəcəfova MRT müayinəsini gözləyərkən ondan əvvəl müayinədə 1 nəfər olub.
S.Nəcəfovanın ölüm səbəbi təşrihdən sonra məlum olacaq.
AzVision.az
Teqlər: