Novruz bayramı günü geomaqnit qasırğası gözlənilir

Novruz bayramı günü geomaqnit qasırğası gözlənilir
  18 Mart 2024    Oxunub:582
Martın 17-də qeydə alınmış Tac Kütlə Atılmalarının (TKA) təsiri ilə martın 20-də G1 (zəif) geomaqnit qasırğası baş verməsi ehtimalı var.
AzVision.az xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, Günəş küləyinin sürətinin mart 17-də baş vermiş TKA-nın təsiri ilə martın 20-nə artacağı, həmçinin Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin martın 24-də Yerə təsiri gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti