Düyünün idxal qiymətinin artım faizi açıqlanıb

   Düyünün idxal qiymətinin artım faizi açıqlanıb
  19 Mart 2024    Oxunub:1024
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 15 milyon 303 min dollar dəyərində 14 min 421 ton düyü idxal edilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 9.6% və ya 1 milyon 346 min dollar artıb, həcm baxımından isə 10.1% və ya 1627 ton azalıb. Ötən ilin yanvar-fevral aylarında Azərbaycana 13 milyon 957 min dollar dəyərində 16 min 48 ton düyü idxal edilib.

Hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 kiloqramının orta idxal qiyməti illik müqayisədə 22% artaraq 1.8 manat təşkil edib.

Xatırladaq ki, bu ilin ilk iki ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,63%-nə bərabər olub.

AzVision.az


Teqlər: idxal   düyü   artım  





Xəbər lenti