XİN rəhbəri Çin səfirini qəbul edib
Ölkələrimiz arasında qarşılıqlı etimad və hörmət əsasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət, mədəniyyət, elm və təhsil, turizm, yüksək texnologiyalar və bir sıra istiqamətlərdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər həmçinin iki ölkənin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyə görə təşəkkür ediblər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Çin şirkətlərinin iştirakı üçün geniş potensial olduğu bildirilib.
Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və gələcək mötəbər tədbirlərdə ölkələrimiz arasında əməkdaşlıq üçün əlavə perspektivlər yarandığı qeyd olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Quo Minə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
AzVision.az