Səfirimiz Mərakeşin parlament sədri ilə görüşüb

   Səfirimiz Mərakeşin parlament sədri ilə görüşüb
  19 Mart 2024    Oxunub:1052
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovla Mərakeş Parlamentinin Müşavirlər Palatasının sədri Enaam Mayara arasında görüş keçirilib.
Səfirlikdən AzVision.az -a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Mərakeş arasında parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanın ötən ilin dekabrında Mərakeşə səfəri xatırlanmış, iki ölkə arasında mövcud dostluq münasibətləri xüsusi olaraq vurğulanmışdı. Səfir Azərbaycan tərəfinin Mərakeş Parlamentinin Palata sədrini ölkəmizə səfərə dəvət etdiyini həmsöhbətin diqqətinə çatdırmış, bu xüsusda cari ilin mayında Azərbaycanın ev sahibliyi edəcəyi 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakla bağlı dəvət məktubunu E.Mayaraya təqdim etmişdir. Bu səfərin ölkələr arasında parlament sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə edilmişdi.

Görüşdə həmçinin Müşavirlər Palatası nəzdində Mərakeş-Azərbaycan dostluq qrupunun yaradılması, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq kimi məsələlərə dair müzakirələr aparılıb. Bununla yanaşı, E.Mayaranın Mərakeş Həmkarlar İttifaqının prezidenti olduğunu nəzərə alaraq, iki ölkənin Həmkarlar İttifaqları arasında təmasların qurulması və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi də aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Mərakeş   səfir   görüş  





Xəbər lenti