Çərşənbədə 32 mindən çox ağac əkilib

Çərşənbədə 32 mindən çox ağac əkilib
  20 Mart 2024    Oxunub:939
Novruz bayramının axırıncı çərşənbəsi olan Torpaq çərşənbəsi günü 32 700 ədəd müxtəlif növ ağac tingi əkilib.
AzVision.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.

O qeyd edib ki, hava şəraitinin yağıntılı olmasına baxmayaraq, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının, eləcə də rayon sakinlərinin iştirakı ilə Şabran, Siyəzən, Qusar, Göygöl, Şəmkir, Gədəbəy, Samux, Ağcabədi, Beyləqan, İmişli, Sabirabad və Hacıqabul rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib.

Novruz bayramı öncəsi xüsusi qeyd olunan dörd çərşənbədə meşə fondu torpaqlarında 226 110 ədəd müxtəlif növ ağac-kol tingi əkilib.
AzVision.az



Teqlər:





Xəbər lenti