Zakir Həsənov hərbi hospitalı ziyarət edib

Zakir Həsənov hərbi hospitalı ziyarət edib
  20 Mart 2024    Oxunub:669
Martın 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirliyin rəhbər heyəti hospitalda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti ilə maraqlanaraq bayram hədiyyələri təqdim edib, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Müdafiə nazirinə məruzə olunub ki, hospitalda hərbçilərimizin müayinə və müalicəsi üçün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.

Tibb işçiləri ilə görüşən nazir onları da bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Hərbi hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti