Fuad Muradov Qazaxıstanda həmyerlimizlə görüşüb
Kəmalə Əliyeva fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. O bildirib ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycanın ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirlər. Soydaşımız bundan sonra da hər iki dövlətin milli maraqlarının müdafiəsi, ikitərəfli münasibətlərin inkişafı və diasporumuzun güclənməsi naminə çalışacağını vurğulayıb.
Sonra Kəmalə Əliyevaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.
AzVision.az
Teqlər: komitə sədr Qazaxıstan