Astara rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib

Astara rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
  20 Mart 2024    Oxunub:725
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.
AzVision.az xəbər verir ki, bu barədə imzalanan əmrə əsasən, vəzifəyə Elnur Quliyev təyin olunub.

O, daha əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.

AzVision.az


Teqlər: təhsil   sektor   Astara   təyinat  





Xəbər lenti