Konqresdə Ukraynaya yardımla bağlı səsvermə aprelə qədər keçirilməyəcək

   Konqresdə Ukraynaya yardımla bağlı səsvermə aprelə qədər keçirilməyəcək
  21 Mart 2024    Oxunub:883
ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynaya yeni maliyyə yardımı paketinin ayrılması ilə bağlı səsvermə aprelin ortalarında keçirilə bilər.
Bu barədə Amerikanın “Semafor” portalı qanunverici orqandakı mənbələrə istinadən məlumat yayıb. Nümayəndələr Palatasının bir neçə üzvü səsvermənin Konqresin martın sonunda iki həftəlik Pasxa tətilindən sonra keçirilə biləcəyini söyləyib.

Nəşr yazıb ki, eyni zamanda, Ukraynaya yardımın hansı formada olacağı məlum deyil. Məsələ burasındadır ki, Konqresin bəzi nümayəndələri, o cümlədən demokratlar Kiyevə kredit şəklində yardımın göstərilməsini məqbul sayır.

Martın 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson (Luiziana ştatından olan respublikaçı) mətbuat konfransında bildirib ki, ABŞ qanunvericiləri Ukraynaya kredit şəklində əlavə yardımın göstərilməsi, habelə dondurulmuş Rusiya aktivlərindən Kiyevə dəstək üçün istifadə imkanlarını müzakirə edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti