Kiyev Aİ-nin öz bazarını Ukraynadan qorumasından narazıdır

   Kiyev Aİ-nin öz bazarını Ukraynadan qorumasından narazıdır
  21 Mart 2024    Oxunub:1188
Ukraynaya kömək edən bəzi Avropa İttifaqı ölkələrinin öz bazarlarını Kiyevdən qorumaq barədə müzakirələr aparması narazılıq doğurur.
Bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Politico”ya müsahibəsində deyib. “Bir tərəfdən siz müttəfiqsiniz və müharibədə Ukraynaya kömək etməlisiniz... Digər tərəfdən, siz proteksionist üsullarla bazarınızı qorumağa çalışırsınız”, - Podolyak qeyd edib.

Qeyd edək ki, Kiyev və Avropa müttəfiqləri arasında münasibətlər Polşa və digər ölkələrdə fermerlərin Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına etirazları səbəbindən gərginləşib.

AzVision.az


Teqlər:





Xəbər lenti