Ruslan Pənahov ailəsinə qovuşub
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkətdə ikən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan tərəfi açıqlama yayaraq, şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib. Ermənistanda ona qarşı uydurma ittihamlarla cinayət işi açılıb və müstəntiqin qərarı ilə həbs edilib.
Martın 4-də isə Ermənistan İstintaq Komitəsi cinayət təqibinə xitam verib. Ermənistanla Azərbaycan arasında razılaşmaya əsasən, eyni zamanda, xoşməramlı jest kimi, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul olunub. Azərbaycan hərbçisi martın 5-də Ermənistandan Bakıya gətirilib.
AzVision.az
Teqlər: Azərbaycan Ermənistan hərbçi əsgər