Dondurulmuş Rusiya aktivlərinin gəlirləri yayda Ukraynaya veriləcək

   Dondurulmuş Rusiya aktivlərinin gəlirləri yayda Ukraynaya veriləcək
  22 Mart 2024    Oxunub:1021
Avropa İttifaqına üzv dövlətlər sanksiyalar çərçivəsində dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirin Ukraynaya verilməsi ilə bağlı prinsipial razılığa gəlib və yayda bu məsələ reallaşacaq.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Von der Leyen qeyd edib ki, vəsait Ukraynanın hərbi texnikasının maliyyələşdirilməsini təmin edəcək.

"Biz 2024-cü il üçün təxminən 3 milyard avro və yaxın illərdə analoji məbləğlər toplayacağımızı gözləyə bilərik. Liderlər təklifi dərhal dəyərləndirsə ilk 1 milyard avronu iyulun 1-də köçürə bilər. Bu, özümüzdən asılıdır. Əgər işləri sürətli həyata keçirsək, yayda konkret fəaliyyət olacaq".

AzVision.az


Teqlər:





Xəbər lenti