Zelenski: "Rusiya Ukraynaya 90-a yaxın raket zərbəsi endirib"

   Zelenski:    "Rusiya Ukraynaya 90-a yaxın raket zərbəsi endirib"
  22 Mart 2024    Oxunub:1043
Martın 22-nə keçən gecə Rusiya Ukrayna ərazisinə 60-dan çox “Şahed” və 90-a yaxın raket zərbəsi endirib. Enerji sektoru, evlər və hətta trolleybus hücuma məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün feysbuk səhifəsində yazıb. Ukrayna Prezidenti bildirib ki, hücumdan zərər çəkmiş bütün şəhərlərdə artıq lazımi xidmətlər işləyir.

“Elektrik enerjisinin bərpası davam edir. Xarkov və regionda, Zaporojye, Sumı, Poltava, Dnepropetrovsk, Odessa, Xmelnitski və regionda, Vinnitsa, İvano-Frankivsk vilayətlərində - ehtiyac duyulan hər yerdə gecədən etibarən bərpa işləri davam etdirilir”, - deyə Prezident əlavə edib.

Zelenski Rusiyanın kütləvi hücumu fonunda tərəfdaşlarını Ukraynanı daha çox hava hücumundan müdafiə sistemləri, xüsusən də “Patriot” sistemləri ilə təmin etməyə çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti