İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya prezidentinə başsağlığı verib

   İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya prezidentinə başsağlığı verib
  23 Mart 2024    Oxunub:1090
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.

XİN Rusiyadakı terror aktını pisləyib
Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralananlara isə tezliklə şəfa diləyirəm”.

Xatırladaq ki, Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktı olub. Hadisədə 60-dan çox insan ölüb, 100-dən çox yaralı var.
AzVision.az



Teqlər:   Prezident   Putin   Terror  





Xəbər lenti