Qəbələdə 5 otaqlı ev yanıb

Qəbələdə 5 otaqlı ev yanıb
  24 Mart 2024    Oxunub:657
Qəbələ rayonunun Bılıx kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 153 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, evin qalan hissəsi, bitişik ev və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti