Husilər son günlərdə 4 gəmiyə zərbə endiriblər

   Husilər son günlərdə 4 gəmiyə zərbə endiriblər
  26 Mart 2024    Oxunub:1117
Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşması son 72 saat ərzində Qırmızı dəniz və Ədən körfəzində dörd gəmini hədəfə alıblar.
AzVision.az xəbər verir ki, bu barədə terror qruplaşması bəyanat yayıb.

Bildirilib ki, hücuma məruz qalan gəmilər ABŞ və Britaniyaya məxsusdur.

Husilər həmçinin ABŞ-nin iki destroyerinə (esmines) də hücum həyata keçiriblər.

HƏMAS-ı dəstəkləyən husilər Qəzza zolağında müharibə başlayandan bəri Qırmızı dəniz və Ədən körfəzində ABŞ, Böyük Britaniya və İsraillə əlaqəli gəmiləri hədəfə alırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırmızı-dəniz   gəmilər   husilər   hücum  





Xəbər lenti