Peskov: ABŞ və Aİ digər ölkələrə görünməmiş təzyiqlər göstərir

      Peskov:    ABŞ və Aİ digər ölkələrə görünməmiş təzyiqlər göstərir
  28 Mart 2024    Oxunub:676
ABŞ və Avropa İttifaqı bütün beynəlxalq normaları pozaraq, digər ölkələrə görünməmiş təzyiqlər göstərir, onları Rusiya ilə işləməməyə məcbur edir.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Reuters-in nəşrinin məlumatını şərh edərkən deyib. Qeyd edək ki, Reuters-in məlumatına görə, Rusiya nefti üçün ödənişlər Çin, Türkiyə və BƏƏ-də banklar tərəfindən bir neçə aylıq gecikmələrlə həyata keçirilir, çünki bu təşkilatlar ikinci dərəcəli sanksiyalardan ehtiyat edirlər.

“Adını çəkdiyiniz ölkələr ABŞ-ın, eləcə də Aİ-nin maliyyə və digər orqanları tərəfindən misli görünməmiş təzyiqlərə məruz qaldığından, təbii ki, bu iş gedir. Ancaq diskret rejimdə həyata keçirilir. Biz tərəfdaşlarımızla çox konstruktiv işləyirik və beynəlxalq ticarət-iqtisadi münasibətlərin bütün aydın qayda və normalarına zidd olan bu misli görünməmiş təzyiqin təhlükələrini diqqətlə nəzərə alırıq”, - deyə vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti