Moldovanın hakim partiyası müxalifətə keçə bilər

   Moldovanın hakim partiyası müxalifətə keçə bilər
  28 Mart 2024    Oxunub:569
Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) müxalifətin istədiyi növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə parlamentdəki çoxluğunu itirə bilər.
Bunu mart ayında keçirilən və nəticələrini iData marketinq agentliyi tərəfindən təqdim edilən sorğunun məlumatları sübut edir. Araşdırma göstərib ki, növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə, Moldova parlamentində PAS fraksiyası 63 yerdən 18-ni itirəcək. Sosialistlər Partiyası 24, Şans partiyası 23, Kommunistlər Partiyası 9 mandat alacaq.

Sorğu martın 18-dən 24-dək aparılıb və 322 yaşayış məntəqəsindən 1131 nəfər iştirak edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti