Azərbaycan və Almaniya gənc musiqiçilərinin konserti baş tutub - FOTOLAR

Azərbaycan və Almaniya gənc musiqiçilərinin konserti baş tutub -    FOTOLAR
  28 Mart 2024    Oxunub:1662
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Morgenland Odlar Yurdu ilə görüşür" adlı Azərbaycan və Almaniya gənc musiqiçilərinin birgə layihəsi təqdim olunub.
Teatrdan AzVision.az -a bildirilib ki, konsertdən qabaq Xalq artisti, teatrın bədii rəhbəri Salman Qəmbərov layihə haqqında məlumat verib. Bildirib ki, layihə 20 ildir Almaniyanın Osnabrük şəhərində təşkil edilən "Morgenland" festivalı çərçivəsində keçirilir. O, layihəyə qatılan gənc yerli musiqiçilərin seçimində dəstəyə görə Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin və Sumqayıt Musiqi Kollecinin rəhbərliyinə minnətdarlığını bildirib.

Ardınca konsert təqdim olunub. Morgenland Akademiyasının alman tələbələri və azərbaycanlı gənc musiqiçilərinin ifasında alman bəstəkarlarının əsərləri və xalq mahnılarımız üzərində qurulan caz kompozisiyaları böyük maraqla qarşılanıb.

Yaxın Şərq mədəniyyətinə həsr olunan festivalın əsas aksiyalarından biri 14-20 yaş arası gənc musiqiçilər üçün nəzərdə tutulmuş Morgenland Akademiyasıdır. Professional musiqiçilərin rəhbərliyi altında birhəftəlik musiqi düşərgəsi çərçivəsində iştirakçılar Avropa musiqi ənənələrindən fərqlənən, muğama əsaslanan Qafqaz və Orta Asiya musiqisi ilə tanış olurlar. Akademiya məzunlarından ibarət "Morgenland gəncləri" ansamblı mütəmadi layihə və konsertlər təşkil edir. "Morgenland Odlar Yurdu ilə görüşür" layihəsinin rəhbəri Salman Qəmbərov artıq 2009-cu ildən bu festivalda iştirak edir. Hər il festival çərçivəsində gənclər üçün ustad dərsləri təşkil olunur. Bu il festivalın təşkilat komitəsi layihəni ona həvalə edib.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   Almaniya   gənc-musiqiçilər   konsert  





Xəbər lenti