Şefir Zelenskinin birinci köməkçisi vəzifəsindən uzaqlaşdırıldı

Şefir Zelenskinin birinci köməkçisi vəzifəsindən uzaqlaşdırıldı
  30 Mart 2024    Oxunub:2090
Ukrayna Prezidenti Vladimir Zelenski Sergey Şefirin prezidentin birinci köməkçisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” prezidentin fərmanına istinadən məlumat yayıb.

“Şefir Sergey Naxmanoviç Ukrayna Prezidentinin birinci köməkçisi vəzifəsindən azad edilsin”, - fərmanda qeyd edilib.

Ötən gün həmçinin Ukrayna Prezident Aparatı rəhbərinin müavinləri Andrey Smirnov və Aleksey Dneprov vəzifələrindən azad ediliblər.
AzVision.az



Teqlər:





Xəbər lenti