"Gözümüz yollardan yığıldı" - 32 ildən sonra atasını dəfn etdi
“Əsas odur gözümüz yollardan yığıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bizim kimi ata yolu gözləyən, gözü yolda qalan övladların, ailələrin gözləri yollardan yığılsın. Ən azı nəşi tapılsın, bir məzarları olsun, ziyarət edə bilsinlər”, - deyə o əlavə edib.
32 ildən sonra nəşinin qalıqları aşkarlanaraq Xocalıda torpağa tapşırılan Əli Cavadovun qızı isə Nəzakət Cavadova atasının qardaşının gözləri önündə öldürüldüyünü bildirib:
“Qardaşım orada idi, görmüşdü, atamı öz həyətimizdə vurmuşdular... Qardaşımı isə əsir götürmüşdülər. İndi qardaşım buradadır, yaşayır. Yəni, atamın öldüyünü bilirdik, amma meyiti gəlib çatmamışdı. Gözümüz yoldaydı. Atamızın bir məzarı yox idi, ziyarət edə bilmirdik. Atamla fəxr eləyirəm. Fəxr eləyirəm ki, şəhid qızıyam”.
O, evlərinin yaxınlığındakı qazıntılar zamanı dayısının da nəşinin qalıqlarının tapıldığını deyib.(Azərtac)
AzVision.az
Teqlər: