OPEC+ ölkələri neft hasilatının azaldılması müddətini uzadıb

OPEC+ ölkələri neft hasilatının azaldılması müddətini uzadıb
  01 Aprel 2024    Oxunub:1965
OPEC+ sazişində iştirak edən bir sıra ölkələr ikinci rüb ərzində könüllü olaraq neft hasilatını ümumilikdə gündəlik təxminən 2,2 milyon barel azaltmağa davam edəcək.
Əksər ölkələr əvvəlki hasilatın azaldılmasına davam etsə də, Rusiya və İraq azalmalarında dəyişikliklər edəcək. İlkin olaraq, 30 noyabr 2023-cü ildə baş tutan son OPEC+ iclasında bir sıra alyans ölkələri neft bazarını tarazlaşdırmaq üçün 2024-cü ilin birinci rübündə neft hasilatının könüllü olaraq 2,2 milyon barel azaldılması barədə razılığa gəliblər.

Aprel-iyun aylarında azalmaların həcmi demək olar ki, eyni səviyyədə qalacaq - 2,17 milyon barel. Səudiyyə Ərəbistanı birinci rübdə olduğu kimi hasilatı sutkada 1 milyon barel, BƏƏ - 163 min barel, Küveyt - 135 min barel, Qazaxıstan - 82 min barel, Əlcəzair - 51 min barel, Oman - 42 min barel azaldacaq.

İraqda neft hasilatının azalması bir qədər də dərinləşəcək və birinci rübdə sutkada 220 min təşkil edirdisə, ikinci rübdə bu rəqəm 223 min barel olacaq. Rusiyanın isə ikinci rübdə istehsal və ixracı sutkada 471 min barel azalacaq.

İkinci rüb üçün hasilatın azaldılmasına əlavə olaraq, Rusiya da daxil olmaqla bir sıra OPEC+ ölkələri 2023-cü ilin yazından 2024-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq daha 1,66 milyon barel azaldılmasına riayət edirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti