Bİ: “Tramp uduzsa, Putin xalqın dəstəyini itirə bilər”

   Bİ:    “Tramp uduzsa, Putin xalqın dəstəyini itirə bilər”
  01 Aprel 2024    Oxunub:1941
Ölkənin iqtisadi qüdrətinin aşağı düşməsi və Qərbin sanksiyalarının güclənməsi fonunda Rusiya əhalisi Vladimir Putinə qarşı çıxa bilər.
AzVision.az xəbər verir ki, iuqtisadi dairələrdəki mənbələrinə istinad edən “Business Insider” nəşri belə məlumat yayıb.

Onların proqnozlarına görə, bu il Rusiyanın iqtisadi qüdrəti azalacaq. Eyni zamanda, Qərbin sanksiyaları sadə rusların həyatını çətinləşdirəcək. Co Bayden noyabrda yenidən ABŞ prezidenti seçilərsə, məhdudiyyətlərin sərtləşdiriləcəyi ehtimalı böyükdür.

“Rusiya indi Qərbin sanksiyalarının təsirini sovuşdurdu, lakin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində xalq dönüş nöqtəsini görə bilər. Qərb çox güman ki, Ukraynanı dəstəkləməyə davam edəcək, o zaman prezident Co Bayden yenidən seçilərsə, Rusiyaya qarşı sanksiyalar güclənəcək”, - nəşrin dərc etdiyi məqalədə deyilir.

Nəşrin həmsöhbətlərinin fikrincə, indi Rusiyada insanlar adi həyat yaşayırlar ki, bu da tamamilə həyat qabiliyyəti olmayan strategiyadır. Çünki bu iqtisadiyyatın əsasını təşkil edən artımın əsas hərəkətverici qüvvələri pisləşir. Tramp seçilməsə, sonra bütün bunlar üzə çıxacaq və kartlardan qurulmuş ev dağılacaq.

“Qərb neft ticarətindən kənara çıxsa və Rusiyanın ümumi gəlirinin təxminən 20%-ni təşkil edən polad, mis və digər metal mallarına qarşı sanksiyalar tətbiq etsə, Rusiya iqtisadiyyatına potensial dağıdıcı zərbə vura bilər”,- materialda vurğulanır.

Lakin onsuz da Rusiyada həyat səviyyəsi artıq aşağı düşür. Mülki infrastruktur qismən dağılır, çünki Moskva öz müharibəsinə çox pul xərcləyir. Rusiyada inflyasiya da yüksəkdir. Nəşrin həmsöhbətləri bildirirlər ki, insanlar qələbə yolunun Putinn vəd etdiyi kimi baş tutmayacağını anlayanda kütləvi iğtişaşlar olacaq.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin  





Xəbər lenti