Financial Times-dan xəbərdarlıq: “ABŞ Avropaya kömək etməyəcək“

Financial Times-dan xəbərdarlıq:    “ABŞ Avropaya kömək etməyəcək“
  01 Aprel 2024    Oxunub:1652
"Hərbi təhlükə yaranarsa, ABŞ Avropanın köməyinə gəlməyəcək".
Bunu “Financial Times” qəzetinə müsahibəsində Almaniyanın “Rheinmetall” müdafiə konserninin baş direktoru Armin Papperger deyib.

Papperger son bir neçə onillik ərzində Avropa liderlərinin hərbi təhdid halında ABŞ-ın köməyinə arxalanmasını yada salıb. O qeyd edib ki, "Bu dəstək bir daha baş verməyəcək".

Baş direktor vurğulayıb ki, Amerika hakimiyyət orqanları bundan sonra müttəfiqlərin müdafiəsi üçün külli miqdarda pullar ödəməyəcəklərini açıq şəkildə bəyan edirlər. Konsern rəhbəri onu da əlavə edib ki, bu gün ABŞ diqqətini daha çox Asiya-Sakit okean regionuna yönəldib.

Papperger yaxın vaxtlarda ciddi hərbi təhlükə yaranacaı təqdirdə Avropanın tamamilə tək qalacağınaəmin olduğunu söyləyib. O, Avropa ölkələrini Amerika ilə rəqabət apara biləcək böyük müdafiə şirkətləriyaratmağa çağırıb.
AzVision.az



Teqlər:





Xəbər lenti