İranın "Crocus" terrorundan xəbəri varmış
Məlumata görə, Amerika Birləşmiş Ştatları da Rusiyada terror hücumu ilə bağlı xəbərdarlıq edibmiş. Lakin Moskva bu kəşfiyyat məlumatlarını ciddiyə almayıb.
Xatırladaq ki, martın 22-də Moskvada dörd silahlı şəxs “Piknik” qrupunun konsertindən əvvəl dəhşətli terror aktı törədiblər. Onlar “Crocus City Hall”un binasına soxularaq qarşılarına çıxan hər kəsə atəş açdıqdan sonra binanı yandırıblar. Terrorçular avtomobillə qaçsalar da, Bryansk vilayətində saxlanılıblar. Faciəvi hadisə nəticəsində 140-dan çox insan həlak olub, 360 nəfər yaralanıb. 90-dan çox insan isə itkin düşmüş hesab olunur.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: