Xəzərdə neft sızması aşkar edilib

   Xəzərdə neft sızması aşkar edilib
  02 Aprel 2024    Oxunub:1031
Xəzər dənizindəki Kaşaqan yatağının ərazisində sahəsi təxminən 7 kv.km olan neft sızması aşkar edilib.
Bu barədə Qazaxıstanın “Qlobus” ekoloji və hüquqi təşəbbüslər üzrə ictimai mərkəzinin icraçı direktoru Qalina Çernova Avropa Sentinel-1A peykinin monitorinq məlumatlarına istinadən xəbər verib. Ekoloqun sözlərinə görə, dağılma ya hasilat zamanı,ya da xidməti gəmilərdə fövqəladə vəziyyətin yaranması zamanı baş verə bilər.

Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yaxın vaxtlarda departament bu mövzuda məlumat verəcək.

Qazaxıstanın Kaşaqan yatağında neft hasilatı layihəsinin operatoru NCOC (North Caspian Operating Company) şirkətidir. Kaşaqan son onilliklərdə kəşf edilmiş ən böyük neft yataqlarından biri hesab olunur. Onun çıxarıla bilən ehtiyatları, ekspertlərin fikrincə, 9-13 milyard barel neftdir. Kaşaqanda kommersiya hasilatına 2016-cı ilin payızında başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti