Atmosferi çirkləndirən obyekt barədə tədbir görülüb

Atmosferi çirkləndirən obyekt barədə tədbir görülüb
  03 Aprel 2024    Oxunub:810
Bakı şəhəri, Yasamal rayonu ərazisində, AMEA-nın qarşısındakı parkda səyyar iaşə xidməti göstərən obyektdən havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən AzVision.az -a verilən məlumata görə, Xidmətin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı səyyar iaşə obyektinin istifadəçisi Orhan Rüstəmzadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

AzVision.az


Teqlər: Dövlət-Ekoloji-Təhlükəsizlik-Xidməti  





Xəbər lenti