İmtahan əlaçısı: "300 bal olduğunu görəndə şok keçirdim"

 İmtahan əlaçısı:  "300 bal olduğunu görəndə şok keçirdim"
  04 Aprel 2024    Oxunub:5092
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan verən şagirdlər arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bu abituriyentlərdən biri də Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Aylin Hüseynzadədir.

Öz təəssüratlarını AzVision.az -la bölüşən Aylin imtahanın çətin olmadığını deyib:

“Maksimum nəticə yox, 296 bal gözləyirdim. Sadəcə rus dilindən bir sualda əmin deyildim. İngilis dili, riyaziyyatdan 100 bal gələcəyini bilirdim. 300 bal olduğunu görəndə özüm də şok keçirdim. İlk valideynlərim məni təbrik etdi. Çünki cavablar çıxanda evdə idim. Sonra isə sevincimi müəllimlərim, dostlarım, sinif yoldaşlarımla bölüşdüm".

Aylin III ixtisas qrupu üzrə hazırlaşır. "Növbəti imtahanda da ümid edirəm ki, yaxşı nəticə göstərəcəm. Ondan da 400 bal yığsam yaxşı olar. Universitetlər arasında tam dəqiqləşdirməmişəm. Ya Dövlət İdarəçilik Akademiyası, ya da Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində oxumağı arzulayıram”.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:





Xəbər lenti