AMEA Rəyasət Heyəti aparatına şöbə müdiri təyin edilib
Sərxan Abbas oğlu Xavəri 26 may 1973-cü ildə Goranboy rayonunda dünyaya gəlib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 2000-ci ildə "XIII-XVI əsrlər Azərbaycan təsəvvüf ədəbiyyatı: təşəkkülü, təkamülü və inkişaf istiqamətləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2023-cü ildə “Azərbaycan milli mədəniyyət sistemində folklorun funksional strukturu və tipologiyası” mövzusunda filologiya elmləri doktoru dissertasiyaları müdafiə edib. 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası sistemində çalışan Sərxan Xavəri 2006-cı ildən indiyədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində fəaliyyətini davam etdirib.
O, yerli və xarici mətbuatda, o cümlədən indekslənmiş beynəlxalq nüfuza malik elmi jurnallarda işıq üzü görmüş 50-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın müəllifidir. AMEA Rəyasət Heyətinin fəxri fərmanı, Qarabağ mövzusunda apardığı tədqiqatlara və uğurlu elmi məruzəyə görə fəxri diplomlarla təltif edilib.
AzVision.az