Ermənistan Aİ ilə "Eurojust" üzrə sənəd imzalayıb

   Ermənistan Aİ ilə "Eurojust" üzrə sənəd imzalayıb
  05 Aprel 2024    Oxunub:1462
Ermənistan Avropa İttifaqı ilə "Eurojust" (Avropa İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi) layihəsi üzrə sənəd imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yayılıb.

Sənədi Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan, Belçikanın ədliyyə və Şimal dənizi məsələləri üzrə naziri Pol Fan Tixelt və Aİ-nin ədliyyə məsələri üzrə komissarı Didye Reynders imzalayıblar.

Avropa İttifaqı ölkələrinin eyni və ya oxşar səlahiyyətlərə malik prokuror, hakim və polis əməkdaşlarının qoşulduğu "Eurojust"ı əsas funksiyası transsərhəd və ya mütəşəkkil cinayətkarlıqla mübarizəni gücləndirmək məqsədi daşıyır.

AzVision.az


Teqlər: Ermənistan   Avropa-İttifaqı   sənəd  





Xəbər lenti