Təmir sexində yanğın baş verib

   Təmir sexində yanğın baş verib
  06 Aprel 2024    Oxunub:1094
Bakı şəhərinin Suraxanı rayonunda yanğın hadisəsi meydana gəlib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az -a verilən məlumata görə, ümumi sahəsi 120 m² avtomobil təmiri sexində 1 ədəd "AzSamand" markalı minik avtomobili yanıb və 2 ədəd "AzSamand" markalı minik avtomobili isə qismən qarsalanıb.

Sex və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: hadisə   yanğın   FHN  





Xəbər lenti