"Özəl məktəbi bitirənlər qəbul imtahanına girmək istəmirlər" - Ekspert

 "Özəl məktəbi bitirənlər qəbul imtahanına girmək istəmirlər" -  Ekspert
  08 Aprel 2024    Oxunub:1281
“Özəl məktəblərdə təhsil alan şagirdlərin bir çoxunun ailəsinin maddi imkan yaxşı olur. Həmin ailələr övladlarının xaricdə təhsil almalarını istəyirlər”.
Bu sözləri AzVision.az -a açıqlmasında təhsil eksperti Adil Vəliyev özəl məktəblərdə təhsil alan şagirdlərin buraxılış imtahanında göstərdikləri nəticələrin aşağı olmasından danışarkən deyib.

Onun sözlərinə görə, özəl məktəblərdə təhsil alan bir çox şagirdlər məktəbi bitirdikdən sonra beynəlxalq imtahanlarda iştirak edirlər:

“Onlar Dövlət İmtahan Mərkəzinin imtahanında formal olaraq iştirak edirlər. Yaxud da ikinci plan kimi imtahana girirlər. Amma dövlət məktəblərində təhsil alan şagirdlərin bir çoxu Azərbaycanda təhsil almağa üstünlük verir. Onlar kurslarda və ya repetitorların yanında aldıqları təhsillə yüksək nəticələri əldə edirlər”.

Ekspert qeyd etdi ki, özəl məktəbi bitirən şagirdlər xaricdə və ya Azərbaycanda təhsil ala bilərlər:

“Onlar Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanında mütləq şəkildə iştirak edirlər. Çünki atestat həmin abituriyentlərə lazımdır. Əgər Azərbaycanda təhsil alırlarsa, buraxılış və qəbul imtahanında iştirak edirlər. Təkcə buraxılış imtahanında iştirak edirlərsə, o zaman beşinci qrupa aid ixtisaslar seçə bilərlər”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti