“Tesla” bu yay sürücüsüz taksi təqdim edəcək

   “Tesla” bu yay sürücüsüz taksi təqdim edəcək
  08 Aprel 2024    Oxunub:660
Amerikanın “Tesla” şirkəti bu yay sürcüsüz taksi təqdim edəcək.
Bu barədə şirkətin rəhbəri İlon Mask özünün “X” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, robotaksi avqustun 8-də təqdim olunacaq. CNBC yazıb ki, Mask bir ildən çox müddətə belə avtomobil buraxacağına söz verib.

“Tesla” şirkəti isə bildirib ki, 2016-cı ildə və ya daha sonra buraxılan istehlakçı elektrik avtomobillərinin hamısı özü idarə olunan taksilər kimi istifadə oluna bilməsi üçün proqram təminatı yeniləməsi hazırlamağı planlaşdırır.

Vurğulanıb ki, “Tesla”nın robot taksisi onun Cybertruck elektrik pikaplarına bənzəyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti