11 təhsil müəssisəsi rəhbəri cəzalandırılıb
Təhsil müəssisələrində aparılmış monitorinqlər zamanı aşkar edilmiş ciddi pozuntu və nöqsanlara əsasən, qanunvericiliklə müəyyən olunmuş əmək funksiyası və vəzifəsini düzgün yerinə yetirmədiyi üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyininin müvafiq əmri ilə 2 təhsil müəssisəsinin rəhbəri ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müvafiq əmrləri ilə isə 2 müəssisə rəhbərinə töhmət, 5 müəssisə rəhbərinə şiddətli töhmət verilib, 2 müəssisə rəhbərinə isə xəbərdarlıq edilib.
Monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.
AzVision.az
Teqlər: təhsil-müəssisəsi monitorinq