İlin ilk günəş tutulması başlayıb - VİDEO
* * *
20:11
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından AzVision.az -a bildirilib ki, hadisə tam günəş tutulmasıdır.
Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatmaqla 5 saat 10 dəqiqə 7 saniyə, tam tutulma prosesi isə 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.
Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın, demək olar ki, hər yerindən, Atlantik və Sakit okeandan görünəcək.
Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyəcək.
AzVision.az
Teqlər: hadisə günəş-tutulması