Xankəndidə xeyli sayda avtomat, qumbara və qumbaraatan aşkarlanıb

Xankəndidə xeyli sayda avtomat, qumbara və qumbaraatan aşkarlanıb
  10 Aprel 2024    Oxunub:590
Xankəndi şəhəri ərazisində 11 avtomat silahı, 4 tapança, 1 tüfəng aşkar edilib
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 4 tapança, 1 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
AzVision.az



Teqlər:





Xəbər lenti