Zəncirvari qəza: 5 nəfər yaralandı

Zəncirvari qəza: 5 nəfər yaralandı
  18 Aprel 2013    Oxunub:1570
Yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb.
Bu gün axşam saatlarında Bakı şəhərində, Koroğlu avtomobil dairəsindən Sabunçu rayonu istiqamətində gedən yolda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib.

Zəncirvari yol qəzası nəticəsində 189 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu, “KAMAZ” markalı yük maşını, iki “Mercedes” və bir “VAZ 21015” markalı minik avtomobilləri toqquşub. APA-nın verdiyi xəbərə görə,görə, qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb.



Teqlər:  





Xəbər lenti