16 yaşlı qız itkin düşüb

16 yaşlı qız itkin düşüb
  10 Aprel 2024    Oxunub:770
Şəkidə 16 yaşlı qız itkin düşüb.
Məlumata görə, Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü Mustafayeva Aysel Vaqif qızı aprelin 4-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində göy rəngli cins şalvar,ağ köynək və ayağında qara rəngli idman ayaqqabısı olub.

Fotodakı şəxsi tanıyanlar və barəsində məlumatı olanlar DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.
AzVision.az



Teqlər:





Xəbər lenti