Azərbaycanda ilk: Laçındakı atelyedə xüsusi avadanlıq tətbiq edildi - VİDEO

   Azərbaycanda ilk:    Laçındakı atelyedə xüsusi avadanlıq tətbiq edildi    - VİDEO
  10 Aprel 2024    Oxunub:1005
Bakı Abadlıq Xidmətinin təşəbbüsü ilə Laçın şəhərində fəaliyyətə başlayan “Naxışlı” atelyesinin təmin edildiyi avadanlıq Azərbaycanda ilk dəfə tətbiq olunur.

İsveçrə istehsalı olan “Bernina” brendinin tikiş maşınları tam kompüterləşdirilib. Pilot, özünü blok etmə funksionallığı var, bir sözlə, smart maşınlardır.

Atelyenin adı da kompüterlə idarə edilən avadanlığın üstünlükləri ilə bağlıdır. Belə ki, yeni maşınlar istənilən mürəkkəb naxışı parça üzərinə köçürmək və bir toxunuşla bir çox funksiyanı yerinə yetirmək imkanı verir.

Hazırda 13 laçınlı xanımın işlə təmin olunduğu tikiş evində 18 vakansiya var. İlkin mərhələdə sınaq müddəti ilə işə cəlb edilən xanımlarla təlimlər keçirilir.

Tekstillə başlayan istehsalatın gələcəkdə müəyyən konsept üzrə geyim sektoruna doğru addım atacağı gözlənilir. Əsas məqsəd isə Laçında yaranmış “Naxışlı” brendini dünyaya tanıtmaqdır.

AzVision.az



Teqlər:





Xəbər lenti