Misir Mərdanovun səhhətində problem yaranıb - FOTO

Misir Mərdanovun səhhətində problem yaranıb    - FOTO
  10 Aprel 2024    Oxunub:613
Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb.
Bu barədə sabiq nazirin özü məlumat verib.

O bildirib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb:

“Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə sanatoriyada müalicə alıram”.

Qeyd edək ki, Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır.

Xatırladaq ki, Fizika-riyaziyyat elmləri doktoru, professor M.Mərdanov 1997-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə isə Azərbaycan Respublikasının təhsil naziri vəzifələrində çalışıb.

AzVision.az



Teqlər:





Xəbər lenti